satellite   Azerspace-1: 11135 H 30000

"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb

"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb

"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb.

NTV xəbər verir ki, bu, komandanın UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi "Torpedo"nu məğlub etməsi (3:0) sayəsində mümkün olub.

Bu qalibiyyət ölkəyə 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS (Uels) klubunu Bakıda 2:0 hesabı ilə məğlub edən "Sabah" eyni töhfəni verib.

Azərbaycan (19,062) hazırda 26-cı pillədə qərarlaşıb. 27-ci sıradakı Slovakiyanın 18,250, 25-ci mövqedəki İsrailin 20,750 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqinə İngiltərə (101.852) başçılıq edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM