satellite   Azerspace-1: 11135 H 30000

FIBA Çempionlar Liqası: Azərbaycan klublarının rəqibləri bəlli olub

FIBA Çempionlar Liqası: Azərbaycan klublarının rəqibləri bəlli olub

FIBA Çempionlar Liqasında təsnifat mərhələsinin və müntəzəm mövsümün püşkatma mərasimi keçirilib.

NTV xəbər verir ki, İsveçrənin Mi şəhərində yerləşən Patrik Baumann Basketbol Evində təşkil olunan tədbirdə Azərbaycanın “Landau Lions” və “Sabah” komandalarının rəqibləri müəyyənləşib.

Mübarizəyə təsnifat mərhələsindən başlayacaq “Landau Lions” səfərdə Latviyanın "Riqa" klubu ilə qarşılaşacaq. Qalib komanda növbəti raunda adlayacaq. Məğlub tərəf isə Avropa Kubokunun qrup mərhələsində iştirak hüququ qazanacaq.

Müntəzəm mövsümdən yarışa qoşulacaq “Sabah” isə Türkiyənin “Trabzonspor”, Fransanın “Nanter” və Litvanın “Ritas” kollektivləri ilə birgə A qrupunda yer alacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM