satellite   Azerspace-1: 11135 H 30000

APL: Ötən mövsüm meydana çıxan ən gənc və ən yaşlı futbolçular müəyyənləşib

APL: Ötən mövsüm meydana çıxan ən gənc və ən yaşlı futbolçular müəyyənləşib

Azərbaycan Premyer Liqasının (APL) 2025/2026-cı illər mövsümündə meydana çıxan ən gənc və ən yaşlı futbolçular müəyyənləşib.

NTV Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mövsümün ən gənc oyunçusu "Kəpəz"in üzvü Raul İsaqov olub. Hücumçu XXXII turun "Araz-Naxçıvan"la görüşünün (0:2) 81-ci dəqiqəsində meydana daxil olaraq Premyer Liqada debüt edib. O, həmin vaxt 16 yaş 162 günlük olub.

Mövsümün ən yaşlı futbolçusu isə "Zirə"nin kapitanı Stefan Aka olub. Təcrübəli müdafiəçi XXXIII turda “İmişli”yə qarşı keçirilən matçda meydana çıxarkən 35 yaş 219 günlük olub. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM