satellite   Azerspace-1: 11135 H 30000

Futbol üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub

Futbol üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub

Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində sonuncu oyununa çıxıb.

NTV xəbər verir ki, komanda Syerra Leone yığması ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan Azərbaycan yığması (9:8) beynəlxalq turnirin qalibi olub.

Syerra Leone seçməsi isə ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan millisi beynəlxalq turnirin ilk oyununda Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM