satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvandan olan idmançı dünya çempionatında çıxış edəcək

Naxçıvandan olan idmançı dünya çempionatında çıxış edəcək

Naxçıvandan olan idmançı dünya çempionatında çıxış edəcək

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata əsasən  bildirir ki, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin idmançısı Namiq Əlizadə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan kəmər güləşi üzrə açıq birincilikdə uğur qazanıb. Bakı şəhərində keçirilən yarışda 2007-2008-ci il təvəllüdlü idmançılarla mübarizə aparan Namiq 65 kq çəki dərəcəsi üzrə qızıl medala sahib olub. 

Öz bacarığı ilə yığma komandanın məşqçi heyətindən etimad qazanan idmançı kəmər güləşi üzrə dünya çempionatında iştirak edəcək milli komandamızın heyətinə daxil edilib.

Qeyd edək ki, dünya çempionatı iyun ayında Tatarıstanda təşkil olunacaq. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM