satellite   Azerspace-1: 11135 H 30000

Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillər araşdırılır

Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillər araşdırılır

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Xəzər dənizinin səviyyəsinin azalmasına təsir göstərən əsas amillərin müəyyənləşdirilməsi istiqamətində mütəmadi elmi tədqiqatlar və monitorinqlər aparılır.

İnstitutdan NTV-yə verilən məlumata görə, Xəzər dənizinin səviyyəsinin azalmasına təsir göstərən əsas amillər sırasında Volqa çayında su sərfinin azalması və iqlim dəyişmələrinin yaratdığı buxarlanmanın artması xüsusi yer tutur. Mütəxəssislər bu amillərin dənizin su balansına təsirini müntəzəm elmi tədqiqatlar və monitorinqlər vasitəsilə izləyirlər.

Bildirilib ki, Xəzər dənizinin su balansının təxminən 73 faizi Volqa çayı hesabına formalaşır. Son illərdə isə Volqa çayı hövzəsində çoxsaylı istehsal müəssisələrinin və təsərrüfat sahələrinin fəaliyyət göstərməsi nəticəsində çaydan istifadə olunan suyun həcmi artıb. Bu da Xəzər dənizinə daxil olan su axınının azalmasına səbəb olan əsas amillərdən biridir.

Məlumata görə, Xəzər dənizinin səviyyəsinin enməsinə təsir edən digər mühüm amil iqlim dəyişmələridir. Havanın temperaturunun yüksəlməsi nəticəsində buxarlanma intensivləşir, eyni zamanda, küləyin sürətinin və istiqamətinin dəyişməsi buxarlanan hava kütlələrinin dəniz üzərindən daha sürətlə daşınmasına şərait yaradır. Bu proseslər də Xəzər dənizinin su səviyyəsinin azalmasına birbaşa təsir göstərir.

Bildirilib ki, Xəzər dənizində baş verən dəyişikliklərin dinamikasını izləmək məqsədilə müntəzəm monitorinqlər və elmi tədqiqatlar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM