satellite   Azerspace-1: 11135 H 30000

Rezidenturaya qəbul imtahanının növbəti mərhələsi üçün qeydiyyat aparılır

Rezidenturaya qəbul imtahanının növbəti mərhələsi üçün qeydiyyat aparılır

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır.

Bu barədə NTV-yə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış, yəni 40 və daha çox bal toplamış və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün iyulun 22-dən 30-dək saat 23:59-dək qeydiyyatdan keçə bilərlər.

Namizədlər qeydiyyat üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə etməlidirlər. Qeydiyyatdan keçməyən şəxslər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Qeyd olunub ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan və 40-dan çox bal toplayan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam başa vurduqdan sonra buraxılacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 9-da Bakı və Naxçıvan şəhərlərində elektron formada keçirilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM