Türkiyə Milli Təhsil Nazirliyi ölkənin bütün vilayətlərinə şəxsi məlumatların qorunması üçün 10 tədbiri müəyyən edən təlimat göndərib.
NTV xəbər verir ki, ölkə dərslər, şagird nömrələri və vətəndaş identifikasiya nömrələri ilə bağlı məlumatların sosial mediada və ya digər onlayn platformalarda paylaşılmasını artıq rəsmi olaraq qadağan edib.
Həmçinin dərsə davamiyyət və akademik göstəricilər, sağlamlıq vəziyyəti, intizam, şagirdlərin valideynləri barədə məlumatların və ya məktəb işçilərinin əlaqə nömrələrinin, habelə təhsil müəssisələrinin şagirdlərinə və personalına məxsus vizual məzmunların yerləşdirilməsi qadağandır.
Qaydanı pozanlara qarşı inzibati və hüquqi tədbirlər görüləcək.
