satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

NTV xəbər verir ki, səfirlikdə təhsil məsələləri üzrə müşavir vəzifəsinə Müjdat Həsənov təyin olunub.

M.Həsənov bu təyinatadək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq münasibətlər və beynəlxalq biznes ixtisasları üzrə bakalavr və magistr təhsili alıb, daha sonra Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi əldə edib.

Əmək fəaliyyətinə 2008-ci ildə Elm və Təhsil Nazirliyində başlayan Müjdat Həsənov müxtəlif illərdə beynəlxalq əməkdaşlıq və xaricdə təhsil istiqamətləri üzrə məsul vəzifələrdə çalışıb.

Xatırladaq ki, Azərbaycanın bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavirlər ölkəmizin təhsil imkanlarının xaricdə təşviqi, təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, Azərbaycan vətəndaşlarının xaricdə təhsil hüquqlarının müdafiəsi və bu istiqamətdə əlaqələndirmənin təmin edilməsi məqsədilə fəaliyyət göstərirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM