2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə mayın 19-dan etibarən “bq.edu.az” portalı vasitəsilə həyata keçirilən yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən NTV-yə bildirilib ki, fasilə müddətində sistemdə olan, lakin hələ təsdiqlənməmiş sorğular silinəcək.
Qeyd edək ki, “bq.edu.az” vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.
