satellite   Azerspace-1: 11135 H 30000

DİM bu gün Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı təşkil edəcək

DİM bu gün Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı təşkil edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 5-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək.

 

DİM-dən NTV-yə  bildirilib ki, imtahan vermək üçün 1292 şagird qeydiyyatdan keçib.

 

İmtahan Bakı şəhərində təşkil olunacaq və saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn şagirdlər imtahana buraxılmayacaqlar.

 

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gәtirmәlidirlər:

 

- Şəxsiyyət vəsiqəsi (vəsiqədə şəkli olmayan şagirdlər oxuduqları təhsil müəssisəsi tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir);

 

- İmtahana buraxılış vərəqəsi.

 

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda şagird imtahana buraxılmır.

 

Test imtahanı aşağıda qeyd edilən fənlər üzrə Azərbaycan dilində aparılır:

 

-Azərbaycan dili;

 

-Riyaziyyat.

 

Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.

 

İmtahanın keçirilməsi üçün 5 bina ayrılıb. İmtahanın idarə olunmasına 14 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 120 nəzarətçi və 17 buraxılış rejimi əməkdaşı cəlb edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM