satellite   Azerspace-1: 11135 H 30000

Müstəqillik Gününə həsr olunmuş virtual sərgi təşkil olunub

Müstəqillik Gününə həsr olunmuş virtual sərgi təşkil olunub

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizin ən şərəfli səhifələrindən biridir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət milli özünüdərk, azadlıq və müstəqillik ideallarını xalqımıza aşılamaqla, Azərbaycanın dövlətçilik tarixində silinməz iz qoyub.

NTV AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətinə istinadən bildirir ki, AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası “28 May – Müstəqillik Günü” adlı virtual sərgi hazırlayıb. Sərgi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunub.

Virtual sərgidə bu əlamətdar gün və ADR-in fəaliyyəti ilə bağlı imzalanmış mühüm sənədlər, kitablar, monoqrafiyalar və dövri mətbuat nümunələri yer alıb. Sərgidə nümayiş olunan nəşrlər arasında “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (2 cilddə), “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100: biblioqrafiya”, “Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabit və hərbi məmurları”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə himayədarlıq və səhiyyənin təşkili”, “Cümhuriyyət xilaskarları - əmanət məzarlar”, “Azərbaycan Xalq Cümhuriyyəti - Osmanlı münasibətləri (Osmanlı mənbələri əsasında)” və başqaqiymətli əsərlər vardır.

Virtual sərgi ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://docs.google.com/presentation/d/e/2PACX-1vTXBCpkB69ERUphweTKii44TN84wa6l9ie55Qthqw4QAhk3Y32IIBjsHgWWGqFsUrblMfyvm6ryR-O2/pub?start=true&loop=true&delayms=3000&slide=id.p

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM