Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində namizədlərə kömək məqsədi ilə “Dəstək mərkəzləri”yaradıldı
Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.
Bu prosesdə namizədlərə texniki və məsləhət yönümlü dəstəyin göstərilməsi məqsədilə rayon, şəhər Təhsil Şöbələrində “Dəstək mərkəzləri” yaradılıb.
Həmçinin özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan namizədlər “Dəstək mərkəzləri” ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 146-10 çağrı mərkəzinə və Naxçıvan regional “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər
Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi 22-29 may tarixlərini əhatə edəcək.
