satellite   Azerspace-1: 11135 H 30000

Növbəti tədris ilində məktəblərdə ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək

Növbəti tədris ilində məktəblərdə ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəblərdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirlər keçirilir.

BŞTİ-dən NTV-yə bildirilib ki, bu məqsədlə dəyirmi masa və seminarlar, müsabiqələr, xüsusi dərslər, konfranslar, sərgilər və ağacəkmə aksiyaları təşkil olunur.

Tədbirlərdə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılan addımların davamı kimi mühüm əhəmiyyət daşıması şagirdlərin diqqətinə çatdırılır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etməsi, Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində suverenliyimizin bərpası haqqında geniş məlumat verilir.

Qeyd edək ki, növbəti tədris ilində təhsil müəssisələrində ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM