satellite   Azerspace-1: 11135 H 30000

KTMT-də Ermənistanın səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxılacaq

KTMT-də Ermənistanın səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxılacaq

Noyabrın 11-də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan və təşkilatda vəzifələrə namizədlər irəli sürmək hüququndan məhrum edilməsi məsələsinə baxılacaq.

NTV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, bu məsələ İrəvanın artıq iki ildən çoxdur KTMT-yə üzvlük haqlarını ödəməməsi ilə əlaqədar qaldırılıb.

“Lakin vurğulayıram ki, bundan sonra da Ermənistanın KTMT-də bütün əsas hüquqları, o cümlədən təhlükəsizliyinin təmin olunması hüququ saxlanılacaq”, – deyə Rusiya XİN rəhbəri qeyd edib.

Moskvada KTMT-yə üzv dövlətlərin xarici işlər nazirləri şurasının, müdafiə nazirləri şurasının və təhlükəsizlik şuraları katibləri komitəsinin birgə iclası keçirilir. Ermənistan nümayəndələri iclasda iştirak etmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM