satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də zavodda kimyəvi sızma olub: 11 nəfər xəstəxanaya yerləşdirilib

ABŞ-də zavodda kimyəvi sızma olub: 11 nəfər xəstəxanaya yerləşdirilib

ABŞ-ın Kaliforniya ştatında nar şirəsi istehsal edən “POM Wonderful” şirkətinin zavodunda kimyəvi sızma baş verib. Hadisə nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib.

NTV xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Şirkətin məlumatına görə, sənaye təmizləyici vasitənin boru kəmərinə tökülməsi nəticəsində zəhərli buxarlar ətrafa və yaxınlıqdakı binalara yayılıb. Hadisə ilə əlaqədar zavoddan 150-dən çox işçi təxliyə edilib.

Yerli yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, ümumilikdə 58 nəfərə tibbi yardım göstərilib, onlardan 11-i xəstəxanaya aparılıb.

Bildirilib ki, hadisədən yerli sakinlərə və ətraf mühitə zərər dəyməyib. Boru kəməri təmir olunduqdan sonra zavod fəaliyyətini bərpa edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM