satellite   Azerspace-1: 11135 H 30000

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Çinin xarici ticarət qapısı hesab olunan Quancou şəhərində ölkənin ən böyük ticarət sərgisi olan Çin idxal və ixrac malları sərgi-yarmarkasının (Kanton sərgisi) payız sessiyası işə başlayıb.

NTV  xəbər verir ki, üç mərhələdə keçiriləcək 140-cı Kanton sərgisinin hər etapı 5 gün davam edəcək. Sərgidə 30 mindən çox şirkət öz məhsullarını təqdim edir. Noyabrın 15-dək davam edəcək sərgiyə qatılmaq üçün xarici ölkələrdən təxminən 340 min alıcı qeydiyyatdan keçib. Təqdim olunan məhsulların 23,2 faizini yeni texnologiyalar, 26 faizini isə ekoloji cəhətdən təmiz (“yaşıl") məhsullar təşkil edir ki, hər iki göstərici rekord səviyyəyə çatıb.

Qeyd edək ki, 1957-ci ildən keçirilən Kanton sərgisi Çinin xarici ticarətinin barometri sayılır. Xarici şirkətlərə Çin istehsalçıları ilə əlaqə yaratmaq, məhsul nümunələrini araşdırmaq və topdansatış müqavilələri bağlamaq imkanı verən Kanton sərgisi ziyarətçilərin və iştirakçı şirkətlərin, ticarət sövdələşmələrinin və nümayiş olunan məhsulların növ sayına görə dünyada ən böyük, ən uzunmüddətli ticarət sərgi-yarmarkalarından biri hesab olunur. Kanton Çinin Kommersiya Nazirliyinin və Quandon vilayəti hökumətinin birgə təşkilatçılığı ilə yazda və payızda keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM