satellite   Azerspace-1: 11135 H 30000

Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib

Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib

Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar iki ölkənin paytaxtlarına zərbə endirilməməsini nəzərdə tutan qısamüddətli atəşkəs barədə razılığa gəliblər.

NTV xəbər verir ki, bu barədə "İnterfaks"a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bu atəşkəs rejiminin sentyabrın 5-dən 8-dək qüvvədə olacağını təsdiqləyib.

"Rusiya Prezidenti Vladimir Putin bu gün gecə saat 12-dən başlayaraq üç gün ərzində Kiyevə zərbələr endirməmək barədə göstəriş verib", - D.Peskov qeyd edib.

Qeyd edək ki, daha əvvəl S.Uitkoff və C.Kuşnerin Ukraynadakı münaqişənin həllinə dair Rusiya rəhbərliyi ilə məsləhətləşmələr aparmaq üçün bu gün Moskvaya getdiyi bildirilmişdi. Sabah ABŞ nümayəndə heyəti Kiyevdə Ukrayna rəhbərliyi ilə də danışıqlar aparmağı planlaşdırır.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonda mümkün sülh sazişi ilə bağlı yeni ideya yaranıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM