Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.
Bu barədə NTV Ermənistan mediasına istinadən xəbər verir.
David Tadevosyan nəqliyyat və infrastruktur naziri təyin edilib, hökumətin digər üzvləri isə öz vəzifələrində qalıblar.
Bundan başqa, Tiqran Xaçatryan və Mqer Qriqoryan Baş nazirin müavinləri təyin ediliblər.
