satellite   Azerspace-1: 11135 H 30000

Anomal istilər İtaliyanın kənd təsərrüfatına 1,5 milyard avro ziyan vura bilər

Anomal istilər İtaliyanın kənd təsərrüfatına 1,5 milyard avro ziyan vura bilər

İtaliya ərazisindəki anomal istilər ölkənin kənd təsərrüfatı sektoruna 1,5 milyard avro miqdarında zərər vura bilər.

NTV xəbər verir ki, bu barədə "La Repubblica" nəşri ixtisaslaşmış təşkilatlara və aqrarçılar assosiasiyalarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu, suvarma çatışmazlığı və istilər ilə əlaqədar iş saatlarının azaldılması səbəbindən istehsal həcminin aşağı düşməsi ilə bağlıdır. Məlumata görə, ən çox zərər çəltik istehsalına dəyib. İtaliya Avropadakı ən böyük çəltik istehsalçısıdır. Lakin quraqlıq çəltik sahələrinin 5 %-dən çoxunun itirilməsinə səbəb olub. Əgər avqustun ortalarına qədər yağış yağmasa, məhsulun dörddə biri təhlükə altında qalacaq.

Bərk buğda sortlarının istehsalı 9 %-dən çox azalıb, onun dəyəri isə ötən illə müqayisədə 10,5 % artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM