Rusiyanın Krasnodar diyarının Gelencik şəhəri yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.
NTV Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.
Onun sözlərinə görə, onlardan üçü uşaqdır.
Xəsarət alanların sayı təxminən 40 nəfərə çatıb, onlardan 17-si xəstəxanalara yerləşdirilib.
12:39
Rusiyanın Gelencik şəhəri yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 3 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
NTV Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib.
"İlkin məlumata görə, Arxipo-Osipovka kəndində PUA qalıqlarının düşməsi nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar arasında uşaqlar da var", - o qeyd edib.
