satellite   Azerspace-1: 11135 H 30000

İsrail parlamenti təcili səfərbərlik rejimini oktyabra qədər uzadıb

İsrail parlamenti təcili səfərbərlik rejimini oktyabra qədər uzadıb

İsrail Knessetinin (parlamentinin) Xarici işlər və müdafiə komitəsi təcili hərbi səfərbərlik rejiminin daha iki ay müddətinə uzadılmasını təsdiqləyib.

NTV xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Bu, İsrail Müdafiə Ordusunun 240 minə qədər ehtiyatda olan hərbçini xidmətə çağırmasına imkan verir.

Qəzet qeyd edir ki, müddətin uzadılması Qəzzada müharibənin başlanmasından (2023-cü ilin oktyabrından - red.) etibarən hər bir neçə aydan bir təsdiqlənir.

Bu qaydalar sentyabrın 30-dək qüvvədə olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM