Beyneu-Saksaulsk yeni avtomagistralı Çin sərhədindəki keçid məntəqələrini Qazaxıstanın Xəzər dənizi sahilindəki Aktau və Kurık limanları ilə birbaşa birləşdirəcək.
NTV xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə yeni avtomobil yollarının tikintisinin başlanmasına həsr olunmuş telekonfrans zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, layihə Çindən Avropaya yükdaşıma marşrutunu 1000 kilometr qısaldacaq və çatdırılma müddətini üç günə endirəcək. Prezident qeyd edib ki, avtomobil yolu əsas beynəlxalq nəqliyyat arteriyalarından birinə çevriləcək.
