satellite   Azerspace-1: 11135 H 30000

II Qareginin işi üzrə məhkəmə iclası avqustun 7-də keçiriləcək

II Qareginin işi üzrə məhkəmə iclası avqustun 7-də keçiriləcək

Bütün ermənilərin katolikosu II Qaregin və 6 yepiskopa qarşı iş üzrə ilk məhkəmə iclası avqustun 7-də keçiriləcək.

NTV Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə vəkil Ara Zöhrabyan sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, iclas saat 16:00-da Eçmiədzində, Armavir vilayəti ümumi yurisdiksiya məhkəməsində başlayacaq. İşə hakim Akop Manukyan baxacaq.

Xatırladaq ki, II Qaregin və Erməni Apostol Kilsəsinin üzvləri dini rütbədən məhrum edilmiş Masiatsotn yeparxiyasının sabiq rəhbəri Arman Saroyanın iddiası üzrə təminat tədbirinin tətbiq edilməsi barədə məhkəmə qərarının icrasına mane olmaqda ittiham edilirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM