"Telegram" messencerinin təsisçisi Pavel Durov "Rosfinmonitorinq"in terrorçular və ekstremistlər siyahısına daxil edilib.
NTV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qanunvericiliyə əsasən, banklar bu siyahıya daxil edilmiş şəxslərin vəsaitlərini dondurur və xidməti dayandırır.
Daha əvvəl Rusiya Federal Təhlükəzislik Xidmətindən bildirilib ki, P.Durova terror fəaliyyətinə kömək etmək ittihamı irəli sürülüb, çünki "Telegram" messencerinin administrasiyası Rusiyada terror aktlarının və təxribatların koordinasiyası üçün istifadə olunan kanalları və botları silmir. O, beynəlxalq axtarışa verilib.
