satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan dəmir yoluna görə Rusiyadan hər il 2 milyard dollara yaxın vəsait tələb edə bilər

Ermənistan dəmir yoluna görə Rusiyadan hər il 2 milyard dollara yaxın vəsait tələb edə bilər

Ermənistan dəmir yolu infrastrukturunun icarəsinə görə Rusiyadan ildə 2 milyard dollara qədər vəsait tələb edə bilər.

NTV Rusiya mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Ermənistan dəmir yollarını öz mülkiyyəti hesab edir və Cənubi Qafqaz Dəmir Yolunun konsessiyası məsələsi ilə bağlı məhkəmə çəkişmələrini və arbitraja müraciət olunacağını istisna etmir.

"Ermənistan bu dəmir yolundan özünün məqsədəuyğun hesab etdiyi qaydada istifadə etmək imkanına malik olmalıdır. Bunun alternativi yoxdur", - o bildirib.

Paşinyan vurğulayıb ki, bu məsələni "dostcasına" həll etmək niyyətindədir.

"İndi əsasən müxalifət tərəfindən nələrinsə bahalaşması ehtimalı barədə çox danışılır. Amma məlum ola bilər ki, Ermənistan 30 il ərzində ölkədə pulsuz olan bir şeyə görə 2 milyard dollar tələb etməyə başlayacaq. Mən dəmir yoluna işarə etmirəm, birbaşa deyirəm ki, bu, Ermənistan Respublikasının mülkiyyətidir və başqa variant yoxdur", - Paşinyan əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM