satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon müdafiə sənayesi müəssisələrinə təxminən 135 milyard dollarlıq sifariş verib

Pentaqon müdafiə sənayesi müəssisələrinə təxminən 135 milyard dollarlıq sifariş verib

ABŞ Müdafiə Nazirliyi İranla müharibənin silah ehtiyatlarına təzyiqi artırdığı bir vaxtda müdafiə istehsalını sürətləndirmək üçün təxminən 135 milyard dollar dəyərində yeni müqavilələr bağlandığını elan edib.

NTV Amerika mediasına istinadla xəbər verir ki, müqavilələrə “Lockheed Martin” şirkəti ilə “Patriot” raketlərinin istehsalı üçün 59 milyard dollarlıq kontrakt da daxildir. Bundan başqa, “General Dynamics” və “Huntington Ingalls Industries” ilə ümumi dəyəri 76,6 milyard dollar olan atom sualtı qayıqlarının istehsalı və gəmiqayırma zavodu infrastruktur layihələrini həyata keçirilməsi sənədləri imzalanıb.

Pentaqon “Lockheed Martin” şirkətinin “Patriot” raket kompleksləri istehsalını 2030-cu ilə qədər ildə təxminən 600 ədəddən 2000 ədədə çatdırmağı planlaşdırır, həmçinin çoxillik müqavilələr vasitəsilə müdafiə sənayesinin istehsal gücünü artırmağı hədəfləyir. İranla müharibə fonunda ABŞ-nin Yaxın Şərqdə raket ehtiyacının artması istehsalın genişləndirilməsinin əsas səbəbi kimi göstərilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM