satellite   Azerspace-1: 11135 H 30000

Pakistan XİN: İslamabad ABŞ və İranı danışıqlar masasına qaytarmaq üçün əlindən gələni edir

Pakistan XİN: İslamabad ABŞ və İranı danışıqlar masasına qaytarmaq üçün əlindən gələni edir

Pakistan iyulun 30-da bildirib ki, ABŞ və İranı ötən ay imzalanmış İslamabad Anlaşma Memorandumu (MOU) çərçivəsində danışıqlar masasına qaytarmaq üçün əlindən gələni edir.

NTV Pakistan mediasına istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi jurnalistlərə bildirib: “Tərəflər arasında, xüsusən də Hörmüz boğazındakı vəziyyəti normallaşdırmaq üçün danışıqlar davam edir. İslamabad dialoq və diplomatiyanı dəstəkləməyə davam edir və bunun sülhü təmin etməyin yeganə mümkün yolu olduğunu bildirir. Biz İran ilə ABŞ arasında hərbi əməliyyatların dayandırılmasını və dialoqun bərpasını təmin etməyə yönəlmiş bütün səyləri alqışlayırıq”.

O əlavə edib ki, Pakistan hər iki tərəfi İslamabad Anlaşma Memorandumuna qaytarmaq, razılaşmanın ruhuna və 22 iyun tarixli Pakistan-Qətər birgə bəyanatına zidd olan mübahisələri həll etmək üçün səylərini gücləndirir.

XİN sözçüsü vurğulayıb: “Pakistan narahatlıqla qeyd edir ki, Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır”. O, Vaşinqton və Tehranı İslamabad Anlaşma Memorandumuna və Pakistan-Qətər birgə bəyanatına uyğun olaraq maksimum təmkin göstərməyə və texniki səviyyədə danışıqları bərpa etmək öhdəliklərinə tam əməl etməyə çağırıb.

ABŞ və İran aprel ayında atəşkəs barədə razılığa gəliblər və daha sonra İsveçrədə İslamabad Anlaşma Memorandumu imzalanıb, lakin son hərbi əməliyyatlar razılaşmanın gələcəyini şübhə altına alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM