satellite   Azerspace-1: 11135 H 30000

Almaniya Hərbi Dəniz Qüvvələrinin “Bayern” freqatı modernləşdiriləcək

Almaniya Hərbi Dəniz Qüvvələrinin “Bayern” freqatı modernləşdiriləcək

“Rheinmetall” şirkəti Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus 143 metr uzunluğundakı “Bayern” freqatının modernləşdirilməsini həyata keçirəcək.

NTV xəbər verir ki, şirkətin məlumatında sifariş əsasında həyata keçiriləcək layihənin məqsədinin 1996-cı ildə istismara verilmiş gəminin ən azı 2035-ci ilədək döyüş hazırlığını təmin etmək və onun imkanlarını müasir tələblərə uyğunlaşdırmaq olduğu bildirilib.

Müqavilənin dəyəri bir neçə yüz milyonlar avro təşkil edir. Layihə çərçivəsində freqatın idarəetmə və silahların tətbiqi sistemləri yenilənəcək, texniki avadanlıq əsaslı təmir olunacaq, radar sistemləri müasirləşdiriləcək. Bundan əlavə, mühərrik və hərəkət sistemləri yenilənəcək, sualtı qayıqlara qarşı mübarizə imkanları gücləndiriləcək.

F123 sinfinə aid “Bayern” freqatı modernləşdirmə nəticəsində ən müasir texniki standartlara uyğunlaşdırılacaq və gələcək əməliyyatlarda daha yüksək döyüş qabiliyyətinə malik olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM