satellite   Azerspace-1: 11135 H 30000

Avstriyada 14 yaşdan kiçik uşaqlara sosial şəbəkələrə giriş qadağan olunacaq

Avstriyada 14 yaşdan kiçik uşaqlara sosial şəbəkələrə giriş qadağan olunacaq

Avstriya hökuməti internetdə uşaqların müdafiəsi sahəsində islahatları təsdiqləyib. Bu islahatlar 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini və böyüklər üçün saytlara daxil olarkən yaşın məcburi yoxlanılmasını nəzərdə tutur.

NTV Der Spiegel"ə istinadən xəbər verir ki, bu barədə hakim koalisiyanın - Avstriya Xalq Partiyası (ÖVP), Avstriya Sosial-Demokrat Partiyası (SPÖ) və NEOS-un nümayəndələri bildiriblər.

Qanun layihəsi artıq nəzərdən keçirilməsi üçün göndərilib və gələn il qüvvəyə minməlidir.

Sosial şəbəkələr üçün 2027-ci aprelin 1-nə qədər qədər keçid dövrü nəzərdə tutulub. Platformalar ya asılılığın yaranmasına səbəb olan elementləri silməli, ya da uşaqların girişini məhdudlaşdırmalı olacaqlar. Qayda pozuntularına görə şirkətin ümumi illik dövriyyəsinin 6 %-nə qədər cərimələr nəzərdə tutulur.

Bundan əlavə, böyüklər üçün saytlara giriş yalnız həddi-büluğa çatma faktı təsdiqləndikdən sonra mümkün olacaq. Yoxlama "ID Austria" sistemi və ya özəl provayder vasitəsilə həyata keçirilə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Venesuela İrana nota verib

15:48 29.07.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM