Çərşənbə axşamı Yaponiyanın cənub-qərbində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
NTV xəbər verir ki, bu barədə "İnterfaks" "Associated Press"ə istinadən məlumat yayıb.
Ən azı 62 nəfər xəsarət alıb, onlardan altısının vəziyyəti ağırdır.
Xilasedicilər və hərbçilər axtarış-xilasetmə işləri həyata keçirirlər, qurbanların sayının arta biləcəyi istisna edilmir.
Yaponiyada təxminən 40 min insan elektrik enerjisiz, 9,5 min ev isə qazsız və rabitəsiz qalıb. 9 mindən çox insan evlərini tərk edib, hazırda onlar müvəqqəti sığınacaqlarda yerləşdiriliblər.
