satellite   Azerspace-1: 11135 H 30000

Pakistan ordusu antiterror əməliyyatlarında 32 silahlını zərərsizləşdirib

Pakistan ordusu antiterror əməliyyatlarında 32 silahlını zərərsizləşdirib

Pakistan təhlükəsizlik qüvvələri son 24 saat ərzində Xayber-Paxtunxva və Bəlucistan əyalətlərində keçirilən antiterror əməliyyatları zamanı 32 silahlını zərərsizləşdirib.

NTV xəbər verir ki, bu barədə Pakistan Ordusunun Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Bildirilib ki, Xayber-Paxtunxva əyalətinin Xayber rayonunda kəşfiyyat məlumatları əsasında keçirilən əməliyyatlarda 24, Bəlucistanın Nuşki rayonunda isə daha 8 silahlı zərərsizləşdirilib.

Məlumatda qeyd edilib ki, əməliyyatlar zamanı silah, sursat və əldəqayırma partlayıcı qurğular da aşkarlanaraq məhv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Venesuela İrana nota verib

15:48 29.07.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM