Cari ilin ilk yarımilində məlumat sızmalarından ən çox zərər görən Avropa ölkəsi Fransa olub. Bu dövrdə 43,4 milyon fransız istifadəçinin hesabı ələ keçirilib ki, bu da ötən ilin ikinci yarısı ilə müqayisədə 62,3 faiz artım deməkdir.
NTV xəbər verir ki, bu barədə kibertəhlükəsizlik şirkəti olan “Surfshark”ın yeni araşdırmasında bildirilib.
Qeyd olunub ki, Fransa müvafiq göstərici ilə qlobal miqyasda ikinci yerdə qərarlaşıb. Birinci yeri 90,8 milyon ələ keçirilmiş olunmuş hesabla Amerika Birləşmiş Ştatları tutur. Bu ölkələr birlikdə 2026-cı ilin yanvar–iyun aylarında dünya üzrə məlumat sızmasına məruz qalan hesabların təxminən yarısını təşkil edir.
Avropada nəzarət altına alınan hesabların 58 faizi Fransa istifadəçilərinə məxsusdur. Eyni zamanda, əhalinin sayına nisbətdə məlumat sızmasına məruz qalan hesabların sıxlığına görə də Fransa ən yüksək göstəriciyə malik ölkə kimi qeyd olunur.
“Surfshark”ın kibertəhlükəsizlik üzrə rəhbəri Tomas Stamulis xəbərdarlıq edib ki, ələ keçirilən hesabların sayında mümkün azalma istifadəçilərdə saxta təhlükəsizlik hissi yaratmamalıdır. Onun sözlərinə görə, oğurlanmış məlumatlar illər sonra da kibercinayətkarlar tərəfindən müxtəlif dələduzluq məqsədləri üçün istifadə oluna bilər. Buna görə də istifadəçilərə şəxsi məlumatlarının qorunmasına və hesablarının təhlükəsizliyinə xüsusi diqqət yetirmək tövsiyə olunur.
