satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Türkiyədə meşə yanğınları ilə mübarizəyə cəlb olunan texnika və şəxsi heyətin sayı artırılıb.

NTV Türkiyə mediasına istinadən xəbər verir ki, Antalya, Muğla və Balıkesir vilayətlərində davam edən meşə yanğınlarının qarşısının alınması üçün havadan və qurudan müdaxilələr davam etdirilir.

Muğlanın Seydikemer rayonunda yanğından mühafizə tədbirləri çərçivəsində ümumilikdə 202 nəfər təxliyə olunub.

Yanğınla mübarizəyə 741 nəfərlik heyət, 5 təyyarə, 18 helikopter, 88 yanğınsöndürən maşın və digər zəruri texnika cəlb edilib.

Antalya və Balıkesir şəhərlərində də meşə yanğınları ilə mübarizə üçün müxtəlif təyinatlı texnika və şəxsi heyət ərazidə xidmət göstərir. Antalya–Seydikemer avtomobil yolu müvəqqəti olaraq bağlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Venesuela İrana nota verib

15:48 29.07.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM