İspaniya hakimiyyət orqanları Toledo, Madrid, Avila və Kastelyon ərazilərindəki məhdudiyyətlərin aradan qaldırılmasından sonra meşə yanğınları səbəbindən təxliyə edilən minlərlə insana evlərinə qayıtmağa icazə verib.
NTV xarici mediaya istinadla xəbər verir ki, təkcə Madrid bölgəsində 24 min nəfər geri qayıtmağa icazə alıb, daha 20 min sakinin isə hərəkətinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
İspaniya və Fransa bu yay dördüncü istilik dalğasına hazırlaşır, Madriddən 150 km qərbdə yerləşən Burqoondo da daxil olmaqla bəzi yerlərdə yanğınlar hələ də davam edir.
Fransanın cənub-qərbində, Jironde departamentində baş verən ən böyük meşə yanğınları hələ də “sabitləşmiş” hesab olunur, lakin səlahiyyətlilər quru küləklər və temperaturun 41 dərəcə Selsiyə çatacağı barədə xəbərdarlıq edirlər. Daha cənubda yerləşən Landes bölgəsi də daxil olmaqla 16 departamentdə və ya bölgədə “narıncı” istilik dalğası xəbərdarlığı verilib.
Xatırladaq ki, Fransa və İspaniyada rekord həddə meşə yanğınları davam edir, bu səbəbdən 300 mindən çox insan təxliyə olunub.
