Fransanın Jironda departamentində meşə yanğınları ilə əlaqədar 4 272 nəfər təxliyə edilib.
NTV BFMTV telekanalına istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Stefani Rist bildirib.
Onlar 42 tibb və sosial müəssisədən təxliyə ediliblər.
Yanğını söndürmək üçün Jirondaya 2,5 minə yaxın yanğın-xilasetmə xidməti əməkdaşı gəlib.
Yanğınlar səbəbindən ölkənin cənub-qərbində 1 370, Landes regionunda 920 və Jirondada 450 ev işıqsız qalıb.
