satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan TİKA-nın İnkişaf Elçiləri Proqramının tətbiq olunacağı ilk ölkə seçilib

Azərbaycan TİKA-nın İnkişaf Elçiləri Proqramının tətbiq olunacağı ilk ölkə seçilib

Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) İnkişaf Elçiləri Proqramına start verib. Azərbaycan proqramın tətbiq olunacağı ilk ölkə seçilib.

NTV xəbər verir ki, bu barədə TİKA-nın rəhbəri Abdullah Eren məlumat verib.

Bildirilib ki, ümumilikdə 350 inkişaf elçisi 35 müxtəlif ölkədə TİKA-nın həyata keçirdiyi inkişaf layihələrini və sahə fəaliyyətlərini yerində icra edəcək.

“Səyahətimizin ilk dayanacağı can Azərbaycandır. İnkişafın real nəticələrini yerində müşahidə edəcək, müxtəlif coğrafiyalarda bilik və təcrübə qazanaraq ortaq gələcəyimizə töhfə verəcək inkişaf elçilərimizə bu mənalı səfərdə uğurlar arzulayırıq”, - deyə Abdullah Eren bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM