satellite   Azerspace-1: 11135 H 30000

Aİ İranda insan hüquqlarının ciddi şəkildə pozulmasına görə daha 6 nəfərə sanksiya tətbiq edib

Aİ İranda insan hüquqlarının ciddi şəkildə pozulmasına görə daha 6 nəfərə sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) Şurası İranda insan hüquqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan 6 nəfərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

NTV-nin məlumatına görə, bu barədə Avropa Komissiyası xəbər verib.

Qeyd olunub ki, sanksiya siyahısına dini azlıqların nümayəndələri və siyasi dissidentlər, o cümlədən Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi barəsində hökm çıxaran İran inqilab məhkəmələrinin beş hakimi daxil edilib.

Bundan başqa, iranlı haker və kompüter mühəndisi, "Ashiyane" kiberqrupunun təsisçisi Nima Salehiyə qarşı da sanksiyalar tətbiq edilib. Aİ-nin məlumatına görə, qrup FATA kiberpolisi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əməkdaşlıq edir, eləcə də opponentlərə və xarici təşkilatlara qarşı kiberhücumlarda əli var.

Yeni məhdudiyyətlər nəzərə alınmaqla, Aİ sanksiyaları hazırda İranda 269 fiziki şəxsə və 53 təşkilata şamil edilir. Bu sanksiyalar aktivlərin dondurulmasını, Aİ ərazisinə daxil olmağa qadağanı, həmçinin onlara maliyyə vəsaitlərinin və iqtisadi resursların verilməsinin qadağan olunmasını nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM