satellite   Azerspace-1: 11135 H 30000

Banqladeş Prezidenti istefa verib

Banqladeş Prezidenti istefa verib

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin cümə günü səhhətindəki problemlərə görə istefaya getdiyi açıqlayıb. Bu, müxalifət partiyalarının onun istefası ilə bağlı artan tələbi fonunda baş verib.

NTV xarici mediaya istinadla xəbər verir ki, 76 yaşlı Banqladeş Prezidenti parlamentə ünvanladığı məktubda yazıb: “Mən ağır xəstəyəm. Buna görə də vəzifəmi yerinə yetirə bilmirəm”.

Parlamentin sədri Hafiz Uddin Əhməd onun istefasını qəbul etdiyini bildirib.

Əhməd Banqladeşin müvəqqəti Prezidenti vəzifəsini icra edəcək və Konstitusiyaya əsasən, növbəti 90 gün ərzində yeni prezident seçilməlidir.

Dəkkədə nəşr olunan “The Daily Star” qəzetinin məlumatına görə, istefa, Şahabuddinin bu ilin may ayında müalicə üçün Böyük Britaniyaya səfəri zamanı Hindistanda yaşayan devrilmiş Baş nazir Şeyx Hasina ilə telefon danışdığı barədə mediada yayılan xəbərlər fonunda baş verib.

Şahabuddin mediada yayılan xəbəri təkzib edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM