satellite   Azerspace-1: 11135 H 30000

Merts Almaniya hökumətində yeni təyinatlar barədə elan edib

Merts Almaniya hökumətində yeni təyinatlar barədə elan edib

Almaniya Kansleri Fridrix Merts surroqat analıqla bağlı qalmaqalla əlaqədar Yens Şpanın XDS/XSS fraksiyasının rəhbəri postundan istefa verməsindən sonra hökumətdə həyata keçirmək qərarına gəldiyi kadr dəyişikliyi barədə elan edib.

NTV Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə Merts mətbuat konfransında bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda hökumətin tərkibindəki digər dəyişikliklər barədə elan edəcək. Bu qərarlar "daha bir neçə gün, bəlkə də daha çox vaxt" aparacaq.

Bundan əvvəl XDS fraksiyanın baş katibi olmuş Karsten Linnemann səhiyyə naziri postunda Nina Varkeni əvəz edəcək. Varken isə kansler aparatının yeni rəhbəri olacaq. Hələlik Linnemannın yerinə kimin təyin olunacağı bəlli deyil.

Frits Güntsler nəqliyyat naziri postunda Patrik Şnideri əvəz edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM