satellite   Azerspace-1: 11135 H 30000

İran mətbuatı: ABŞ Əhvaz, Ramşir və Sirik şəhərlərinə zərbələr endirib

İran mətbuatı: ABŞ Əhvaz, Ramşir və Sirik şəhərlərinə zərbələr endirib

ABŞ ordusunun İranın Hörmüz boğazı yaxınlığında yerləşən Hörmüzqan vilayətinin Sirik şəhərinə və İraq sərhədinə yaxın Xuzistan vilayətindəki Əhvaz şəhərinə hücum həyata keçirdiyi bildirilir.

NTV xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, ABŞ tərəfindən Əhvaz, Ramşir və Sirik şəhərləri hədəf alınıb.

Xuzistan Valiliyi Əhvaz şəhərinin bəzi nöqtələrinə ABŞ tərəfindən raket zərbələri endirildiyini açıqlayıb.

Ramşir və Sirik şəhərlərinə təşkil edilən hücumların təfərrüatları barədə isə hələlik ətraflı məlumat verilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM