satellite   Azerspace-1: 11135 H 30000

İraqın baş naziri danışıqlar üçün İrana səfər edəcək

İraqın baş naziri danışıqlar üçün İrana səfər edəcək

İraqın Baş naziri Əli əl-Zaidi sabah İrana səfər edəcək.

NTV xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı İraq hökumətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, səfər İran tərəfinin rəsmi dəvəti ilə baş tutacaq.

Ölkə hökumətinin rəsmi nümayəndəsi Heydər əl-Abudinin sözlərinə görə, danışıqlar çərçivəsində enerji məsələləri müzakirə olunacaq.

O, həmçinin bildirib ki, İraq ABŞ ilə alternativ neft ixracı marşrutların yaradılmasını nəzərdə tutan sazişlər imzalayıb.

Əl-Abudinin sözlərinə görə, Hörmüz boğazındakı vəziyyətə təsir göstərən müharibə fonunda tədarüklərin təhlükəsizliyini təmin etmək üçün İraq ABŞ şirkətləri ilə birgə alternativ ixrac marşrutlarının planlarını hazırlayıb.

"İraq öz gücünü bərpa edib, digər dövlətlərin daxili işlərinə müdaxiləni yolverilməz hesab edir və öz iqtisadi maraqlarını rəhbər tutaraq xarici siyasi əməkdaşlığını genişləndirir", - o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM