satellite   Azerspace-1: 11135 H 30000

Rəsmi Berlin Almaniyanın nüvə silahı hazırlaması ilə bağlı Rusiyanın iddialarını rədd edib

Rəsmi Berlin Almaniyanın nüvə silahı hazırlaması ilə bağlı Rusiyanın iddialarını rədd edib

Rəsmi Berlin çərşənbə günü Almaniyanın gizli şəkildə nüvə silahları üzərində tədqiqat apardığına dair Rusiyanın iddialarını qətiyyətlə rədd edib.

NTV alman mediasına istinadla xəbər verir ki, hökumət sözçüsünün müavini Steffen Meyer Berlində keçirilən mətbuat konfransında bildirib: “Almaniya hökuməti bu açıqlamanı Rusiyanın təbliğatının bir hissəsi kimi görür”.

Rusiya kəşfiyyat dairələrinin mesajlaşma tətbiqlərində Almaniyanın nüvə silahları üzərində tədqiqat apardığı iddiasını yaydığı bildirilir.

Steffen Meyer əlavə edib: “Rusiya burada nüvə mövzusundan - məsuliyyətsiz açıqlamalarla özünü dəfələrlə çıxılmaz vəziyyətdə qoyduğu təbliğatdan istifadə edir.

O daha sonra vurğulayıb: “Birincisi, Rusiya NATO ilə Avropa İttifaqı arasında ziddiyyət yaratmağa çalışır; ikincisi, Almaniyanı Ukraynanın ən güclü tərəfdaşı kimi nüfuzdan salmağa səy göstərir; üçüncüsü, nüvə silahlarının artırılması qorxularını alovlandırmağa cəhd edir”.

Meyer bunun Almaniyadakı əsas regional seçkilərdən əvvəl Rusiyanın dezinformasiya kampaniyasının bir hissəsi olduğunu irəli sürüb. O qeyd edib: “Xüsusilə, Almaniyanın bu cür dezinformasiyaya məruz qalması, ehtimal ki, seçkilərdən əvvəl daxili siyasi vəziyyətimizlə də əlaqəlidir”.

Kansler ofisinin rəsmisi təkrarlayıb ki, Almaniya milli nüvə silahlarına malik olmağa çalışmır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM