satellite   Azerspace-1: 11135 H 30000

Bab əl-Məndəb boğazında artan gərginlik dəniz ticarətini daha da çətinləşdirib

Bab əl-Məndəb boğazında artan gərginlik dəniz ticarətini daha da çətinləşdirib

Yaxın Şərqdə artan geosiyasi gərginlik Hörmüz boğazından Bab əl-Məndəb boğazına qədər yayılıb. NTV  xarici mediaya istinadla xəbər verir ki, ikinci vacib dəniz marşrutunun bağlanması təhlükəsi qlobal enerji təchizatı və dəniz gəmiçiliyində pozuntularla bağlı narahatlıqları da artırıb.

Davam edən ABŞ-İran münaqişəsi Hörmüz boğazından keçən kommersiya gəmiçiliyi demək olar ki, dayandırıb. Bu vəziyyət neftin qiymətlərinin artmasına səbəb olub, “Brent” markalı xam neftin qiyməti bir barel üçün 90 dollara yaxınlaşıb.

İranın dəstəklədiyi yəmənli husilər ABŞ ilə İran arasında artan gərginlik fonunda Səudiyyə Ərəbistanına blokada tətbiq edib və Hörmüz boğazındakı hadisələrdən sonra Bab əl-Məndəbdə də gərginliyi artırıb.

Husilər iddia edirlər ki, Ər-Riyad Yəmənin Səna beynəlxalq hava limanına hava hücumu həyata keçirib və İranda dəfn mərasimindən qayıdan husi liderlərini daşıyan təyyarəni hədəf alıb. Onlar qisas aktı olaraq, Səudiyyə Ərəbistanının Əbha beynəlxalq hava limanına raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücum ediblər.

Üsyançı qrup Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmiçilik üçün Bab əl-Məndəb boğazını bağlayıb və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya qarşı Yəmən hava məkanında və limanlarda blokada tətbiq edib.

Bəyanatdan sonra Bab əl-Məndəb boğazından keçən xam neft tankerlərinin sayı 69 faiz azalıb. Bazar ertəsi günü boğazdan təxminən 16 gəmi keçib, çərşənbə axşamı isə bu rəqəm beşə düşüb. Çərşənbə günü Bab əl-Məndəb boğazından cəmi doqquz gəmi keçib.

“ING Group” şirkətinin baş nəqliyyat və logistika iqtisadçısı Riko Luman bildirib ki, yeni hücumların olmamasına rəğmən husilərin açıqlaması Bab əl-Məndəb boğazından keçməklə bağlı riskləri dərhal artırıb, yükdaşımalarının qiymətləri və sığorta haqları qalxıb və bu da əlavə xərclərə səbəb olub. O əlavə edib: “Bu, neft bazarlarına əlavə təzyiq göstərir, çünki Yanbu limanı Səudiyyə Ərəbistanı üçün alternativ ixrac mərkəzi kimi daha intensiv istifadə olunur. Təhlükəni aradan qaldırmaq üçün Aralıq dənizi vasitəsilə Afrikanın şimalına üzmək daha çox vaxt aparacaq. Konteyner daşımaları üçün bərpa planları da təxirə salına bilər. Çünki “Maersk” və “Hapag-Lloyd” Qırmızı dəniz vasitəsilə bəzi xidmətləri bərpa edib ki, bu da Afrika ətrafında uzunmüddətli dolama yollardan istifadəyə səbəb ola bilər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM