satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda tuneldə baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb

Hindistanda tuneldə baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb

Hindistanın şimal-şərqində tikinti mərhələsində olan tuneldə metan qazının partlaması nəticəsində 20 nəfər həlak olub.

NTV Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə Milli Hidroelektrik Enerji Korporasiyası tərəfindən inşa edilən 7 kilometrlik tuneldə baş verib. Partlayış zamanı tuneldə 25 nəfər olub. Onlardan 20-nin öldüyü təsdiqlənib, 5 nəfərin isə tuneldə qaldığı ehtimal edilir.

Enerji Korporasiyası bildirib ki, hadisəyə qayaların içərisində toplanmış metan qazının qəfil partlaması səbəb olub. Şirkət partlayışın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanıldığını açıqlayıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM