satellite   Azerspace-1: 11135 H 30000

ABŞ rəsmisi: Zənginləşdirilmiş uran təhvil verilməsə, İranla razılaşma olmayacaq

ABŞ rəsmisi: Zənginləşdirilmiş uran təhvil verilməsə, İranla razılaşma olmayacaq

ABŞ administrasiyası İran zənginləşdirilmiş uran ehtiyatlarını təhvil vermədiyi təqdirdə, Tehranla yekun razılaşmanın mümkün olmayacağını bəyan edib.

NTV xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Bildirib ki, Vaşinqton İranın zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ-a təhvil verilməsini mümkün razılaşmanın əsas şərtlərindən biri hesab edir.

“Sadəcə aydınlaşdırmaq istəyirəm ki, əgər bu məsələ həll olunmasa, İranla razılaşma əldə edilməyəcək”, – deyə ABŞ rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, Tehran bu tələbi qəbul etmədiyi halda, Vaşinqtonun müxtəlif fəaliyyət variantları mövcuddur.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla atəşkəsin artıq qüvvədə olmadığını, eyni zamanda tərəflər arasında danışıqların davam etdiyini bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM