Dağıstanda leysan yağışlar səbəbindən nəqliyyatla əlaqəsi kəsilən yaşayış məntəqələrinin sayı 56-dır.
NTV xəbər verir ki, bu barədə Rusiya mediası regionun Nəqliyyat və Yol Təsərrüfatı Nazirliyinə istinadən məlumat yayıb.
Qurumun məlumatına görə, əlverişsiz hava şəraiti respublikanın səkkiz rayonundakı kəndləri təcrid edib. Ən ağır vəziyyət Çaroda rayonunda qalmaqdadır, belə ki, burada torpaq sürüşməsi səbəbindən "Tsurib – Arçib" avtomobil yolunun bir hissəsi bağlanıb.
İyulun 7-8-də yağan leysan yağışlar regionda sel, torpaq sürüşmələrinə səbəb olub.
