Qazaxıstanda pilotsuz uçuş sistemləri, yerüstü robot texnikası istehsalçılarını, həmçinin kibertəhlükəsizlik və taktiki təlim mütəxəssislərini bir araya gətirən genişmiqyaslı hərbi mühəndislik çempionatı olan “Shaiqas-2026” start götürüb.
NTV Qazaxıstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu genişmiqyaslı layihənin əsas məqsədi ölkənin Silahlı Qüvvələri üçün perspektivli mühəndislik həllərinin müəyyən edilməsi və onların sonradan tətbiqidir.
Çempionatda 150 iştirakçıdan ibarət on doqquz mühəndislik komandası birinci mərhələ üçün qeydiyyatdan keçib. Onların arasında hərbi akademiyaların, universitetlərin, mühəndislik məktəblərinin, müdafiə sənayesi müəssisələrinin və müxtəlif ordu bölmələrinin nümayəndələri var.
Hazırda təlim meydançasında avadanlıqların etibarlılığının və yarışçıların hazırlıq səviyyəsinin qiymətləndirilməsi üçün sınaq mərhələsi keçirilir. Çempionat dörd əsas fənn – “Səma”, “Yer”, “Kibertəhlükəsizlik” və “Taktika” üzrə keçirilir.
İştirakçılar FPV dronlarını idarəçiliyi, hava kəşfiyyatı aparılması, simulyasiya edilmiş yaralıların təxliyəsi üçün robot sistemlərindən istifadə, kiberhücumların dəf edilməsi, odlu silah və tibbi təlim üzrə bacarıqlarını nümayiş etdirirlər.
