satellite   Azerspace-1: 11135 H 30000

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 3900 nəfərə yaxınlaşır

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 3900 nəfərə yaxınlaşır

Venesuelada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 3889 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodrigez məlumat yayıb.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 16 min 740 nəfər xəsarət alıb, 17 min 907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib.

Məlumata əsasən, axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib, 86 min 794 ailəyə yardım göstərilib.

Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM