satellite   Azerspace-1: 11135 H 30000

Ankara Afinanı gərginlik ritorikasından çəkinməyə çağırıb

Ankara Afinanı gərginlik ritorikasından çəkinməyə çağırıb

Türkiyə regionda sülhün və sabitliyin təmin edilməsinin, mövcud problemlərin konstruktiv dialoq və mehriban qonşuluq prinsipi ilə həllinin tərəfdarıdır.

NTV xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin “Türkiyə müharibə təhlükəsi yaradır” iddiasına cavab olaraq bu bəyanatı yayıb.

Ankara Afinanı dövlətlərarası münasibətlərdə gərginliyə səbəb olan ritorikadan çəkinməyə çağırıb. “Gərginliyi artıra biləcək bəyanatlardan çəkinmək ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək. Bütün tərəflərə xatırladırıq ki, Türkiyə Silahlı Qüvvələri ölkəmizə təhdid olmayanlara təhlükə yaratmır”, - deyə Müdafiə Nazirliyi vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM